Bakı. Trend:
İsmayıllıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, İsmayıllı rayonu, İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, bitişik tikilmiş ümumi sahəsi 64 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 7 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.