...

Zərdabda yol qəzası baş verib: ölən var

Hadisə Materials 19 Sentyabr 2016 02:06 (UTC +04:00)
Zərdab rayonunda yol qəzası baş verib
Zərdabda yol qəzası baş verib: ölən var

Bakı. Trend:

Zərdab rayonunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, rayonun Otmanoba kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Rzayev Qabil Qaybalı oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 19:25-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti