...

Dələduz kişi və qadına hökm oxundu

Hadisə Materials 3 Oktyabr 2016 12:47 (UTC +04:00)
İslam İbrahimov və qeyri-rəsmi nikah münasibətində olduğu Nigar Saqıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduz kişi və qadına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rusiya vətəndaşı İslam İbrahimov və qeyri-rəsmi nikah münasibətində olduğu Nigar Saqıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqdirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, İ.İbrahimov bir neçə nəfərdən torpaq sahələrinə sənəd düzəltmək, ticarət obyektlərinin eskiz layihələrini təsdiqlətmək adı ilə külli miqdarda pul alıb. Verdiyi vədlərə əməl etməyən İ.İbrahimov aldığı pulları geri qaytarmayıb.

Bu işdə ona qeyri-rəsmi nikah münasibətində olduğu Bakı sakini N.Saqıyeva kömək edib.

Onlar ümumilikdə vətəndaşlardan 50 min manatdan artıq pul alıb mənimsəyib.

Vətəndaşların şikayətləri əsasında həbs edilən İ.İbrahimov və N.Saqıyeva barəsində Cinayət Məcələsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti