...

4 nəfərin öldüyü qəzanın görüntüləri (VİDEO/ FOTO)

Hadisə Materials 4 Oktyabr 2016 11:31 (UTC +04:00)
Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər dünyasını dəyişib.
4 nəfərin öldüyü qəzanın görüntüləri (VİDEO/ FOTO)

Bakı. Trend:

Balakəndə baş verən ağır yol qəzasında 4 nəfər dünyasını dəyişib.

Trend ARB Şəkiyə istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 147-ci kilometrliyində, Balakən rayonunun Qazma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayon sakini, 29 yaşlı Anar Əlixan oğlu Saramanov idarə etdiyi “Pejo” markalı, 08 BF 305 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə Balakən istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb. Zərbənin gücündən avtomobil bir-neçə hissəyə bölünüb.

Qəzada sürücü və onun sərnişinləri Balakən rayon sakinləri 31 yaşlı Əfqan Nəriman oğlu Doldalov, 19 yaşlı Fazil Nurəddin oğlu Əzizov və 18 yaşlı Musa Xəqani oğlu Orucov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər. Cəsədlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə aparılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Your browser doesn't support video.
Please download the file: video/mp4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti