...

Gədəbəydə əri tərəfindən döyülən qadın xəstəxanadan çıxdı (FOTO/VİDEO)

Hadisə Materials 5 Oktyabr 2016 16:49 (UTC +04:00)
Gədəbəy rayonunun Armudlu kəndində həyat yoldaşı tərəfindən döyülərək Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 3 övlad anası olan Yasəmən Şamilova xəstəxanadan evə buraxılıb.
Gədəbəydə əri tərəfindən döyülən qadın xəstəxanadan çıxdı (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Gədəbəy rayonunun Armudlu kəndində həyat yoldaşı tərəfindən döyülərək Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 3 övlad anası olan Yasəmən Şamilova xəstəxanadan evə buraxılıb.

Bu barədə Trend-ə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, Y.Şamilova xəstəxanaya komatoz (huşsuz) vəziyytədə, bud nayihəsi, göz qapağı və kürək nayihəsinin qançıl əzilməsi diaqnozu ilə daxil olub və reanimasiyaya yerləşdirilib. Xəstəxanada ona lazımı tibbi yardım göstərilərək müalicə yazılıb.

Bu gün səhər saatlarında isə qadın özünün və qohumlarının xahişi ilə evə yazılıb.

Xatırladaq ki, hadisə oktyabrın 4-də gecə saatlarında baş verib. Qohumlarının bildirdiyinə görə, qadını həyat yoldaşı döyüb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Foto-Video ARB TV yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti