...

Şəkidə qardaşları ölümcül bıçaqlayan şəxs saxlanıldı

Hadisə Materials 6 Oktyabr 2016 10:08 (UTC +04:00)
Oktyabrın 5- Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs saxlanılıb.
Şəkidə qardaşları ölümcül bıçaqlayan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Oktyabrın 5-də Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs saxlanılıb. Bu barədə Trend-ə Şəki rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə rayonun Şin kəndində baş verib. Baş Layski kənd sakinləri, 1983-cü il təvəllüdlü Təbriz Vəli oğlu Qəribova həmyerlisi Mikayıl Bəkirov üzərində gəzdirdiyi bıçaqla çoxsaylı bıçaq xəsarətləri yetirib. M.Bəkirov T.Qəribovun qardaşı, 1992-ci il təvəllüdlü Qalib Qəribova da bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Bəkirov tutulub.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Foto-Video ARB TV-yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti