...

Sabunçuda 3 otaqlı ev yanıb

Hadisə Materials 7 Oktyabr 2016 09:09 (UTC +04:00)
Sabunçu rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb.
Sabunçuda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Sabunçu rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti