...

Gürcüstandan qanunsuz avtomobil gətirmək istədi, sərhəddə saxlanıldı

Hadisə Materials 11 Oktyabr 2016 13:52 (UTC +04:00)
Gürcüstandan Azərbaycana qanunsuz yolla avtomobil gətirən şəxs saxlanılıb. Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Gürcüstandan qanunsuz avtomobil gətirmək istədi, sərhəddə saxlanıldı

Bakı. Samir Əli - Trend:

Gürcüstandan Azərbaycana qanunsuz yolla avtomobil gətirən şəxs saxlanılıb. Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində oktyabrın 10-da sərhəd buraxılış mən­təqəsindən Gürcüstan-Azərbaycan istiqamətində hərə­kət edən AR vətəndaşı 1977-ci il təvəllüdlü Azər Tofiq oğlu Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı, 90-OT-790 dövlət nömrə nişanlı nəq­liyyat vasitəsinin qeydiyyat şəhadət­na­mə­sin­də olan şassi nömrəsi ilə dövlət qeydiyyat nişanı eynilik təşkil etmədiyi aş­kar­la­naraq AR ərazisinə qeyri-qanuni yolla avtomaşın gətirilməsinin qarşısı alın­ıb.

Hazırda əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti