...

Bakıda yol qəzası baş verib

Hadisə Materials 26 Oktyabr 2016 02:14 (UTC +04:00)
Pirallahıda yol qəzası qeydə alınıb
Bakıda yol qəzası baş verib

Bakı. Trend:

Pirallahıda yol qəzası qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Pirallahı rayonunda Dübəndi magistral avtomobil yolunda iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq hər iki minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücüləri çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 23:37-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti