...

Pirallahıda sanatoriyada yanğın

Hadisə Materials 27 Oktyabr 2016 13:46 (UTC +04:00)
Pirallahıda sanatoriya binasında yanğın olub.
Pirallahıda sanatoriyada yanğın

Bakı. Trend:

Pirallahıda sanatoriya binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli sanatoriya binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m2 olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti