...

Balakəndə ev yanıb

Hadisə Materials 7 Noyabr 2016 12:56 (UTC +04:00)
Balakəndə səhər saatlarında yanğın faktı qeydə alınıb.
Balakəndə ev yanıb

Bakı. Trend:

Balakəndə səhər saatlarında yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Hənifə kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı kürsülü evin taxta konstruksiyalaradan ibarət 1 otağı və dam örtüyü 15 m2 sahədə, zirzəmisində 7 m2 sahəyə yığılmış odun, 1 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti