...

Goranboyda 3 otaqlı ev yanıb

Hadisə Materials 10 Noyabr 2016 04:24 (UTC +04:00)
Goranboyda yanğın hadisəsi qeydə alınıb
Goranboyda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Nizami kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti