...

Tərtərdə raket mərmisinin döyüş başlığı aşkar edilib (FOTO)

Hadisə Materials 12 Noyabr 2016 02:51 (UTC +04:00)
Tərtərdə bir ədəd raket mərmisinin döyüş başlığı aşkar edilib
Tərtərdə raket mərmisinin döyüş başlığı aşkar edilib (FOTO)

Bakı. Trend:

Tərtərdə bir ədəd raket mərmisinin döyüş başlığı aşkar edilib.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Tərtər rayonunun Borsunlu kəndində əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik raket mərmisinin döyüş başlığı – QDT-90) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 000 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 11 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 953 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti