...

Ağstafada top mərmisi aşkar edilib (FOTO)

Hadisə Materials 19 Noyabr 2016 01:46 (UTC +04:00)
Ağstafada top mərmisi aşkar edilib
Ağstafada top mərmisi aşkar edilib (FOTO)

Bakı. Trend:

Ağstafada top mərmisi aşkar edilib.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Ağstafa rayonun Qırlı kəndində Həsənsu çayının sahilindən 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik top mərmisi, OF-412) aşkar edilərək götürülmüş, nəticə etibarilə 30 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 18 noyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilmiş, 3 956 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti