...

Sınıq Körpü gömrük postunda qaçaqmal saxlanılıb - telefon və siqaretlər

Hadisə Materials 19 Noyabr 2016 11:37 (UTC +04:00)
Gürcüstandan Azərbaycana gələn şəxsın üzərində mobil telefonlar və siqaretlər aşkarlanıb.
Sınıq Körpü gömrük postunda qaçaqmal saxlanılıb - telefon və siqaretlər

Bakı. İlhamə İsabalayeva-Trend:

Gürcüstandan Azərbaycana gələn şəxsın üzərində mobil telefonlar və siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində həmin şəxsin gömrük nəzarətinə bəyan etmədiyi 3 ədəd “Samsung Galaxy J1 Prime” markalı mobil telefon və üzərində Azərbaycanın aksiz markası olmayan cəmi 980 ədəd “Marlboro” və “Parliament” markalı siqaretlər aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti