...

Yevlaxda əməliyyat - qadağan edilmiş dini ədəbiyyat müsadirə edilib

Hadisə Materials 23 Noyabr 2016 12:08 (UTC +04:00)
Yevlax şəhər sakini Heydər Bəkirovdan narkotik vasitə, silah-sursat, yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.
Yevlaxda əməliyyat - qadağan edilmiş dini ədəbiyyat müsadirə edilib

Bakı. Trend:

Yevlax şəhər sakini Heydər Bəkirovdan narkotik vasitə, silah-sursat, yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini H.Bəkirovdan 6,58 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı isə oradan "RQD-5", "RKQ-3" markalı qumbaralar, qumbaranın alışqanı üçün fitil, 16 ədəd patron, yayılması və təbliği qanunla qadağan edilmiş 1 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti