...

Göygöldə 18 kiloqram narkotik müsadirə olunub

Hadisə Materials 28 Noyabr 2016 13:16 (UTC +04:00)
Göygöl rayonunda vətəndaşdan 18 kiloqram narkotik aşkar edilib.

Bakı. Trend:

Göygöl rayonunda vətəndaşdan 18 kiloqram narkotik maddə aşkar edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balçılı kənd sakini İlqar Əliyevdən 45 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı əlavə olaraq 7 kiloqram 285 qram marixuana, 5 kiloqram 62,68 qram xaşxaş və 6 kiloqram xaşxaş toxumu, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti