...

Nərimanovda çay evi, Xəzərdə 3 otaqlı ev yanıb

Hadisə Materials 30 Noyabr 2016 10:04 (UTC +04:00)
Bakı şəhərinin Nərimanov rayonunda çay evi, Xəzər rayonunda isə 3 otaqlı evdə yanğın olub.
Nərimanovda çay evi, Xəzərdə 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda çay evi, Xəzər rayonunda isə 3 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1 otağın yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə yanıb və yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Bakı şəhəri, Nərimanov rayonunda qeydə alınıb. Rayonun beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan çay evinin zirzəmisində 1 otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 4 m² sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti