...

Avtomobilin yanacaq çənindən mobil telefonlar çıxdı

Hadisə Materials 30 Noyabr 2016 12:10 (UTC +04:00)
Gömrükdə avtomobilin yanacaq çənindən mobil telefonlar tapılıb.
Avtomobilin yanacaq çənindən mobil telefonlar çıxdı

Bakı. Trend:

Gömrükdə avtomobilin yanacaq çənindən mobil telefonlar tapılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Məlumatda bildirilir ki, baxış zamanı avtomobilin yanacaq çəninin içərisində gömrük nəzarətindən gizlədilən 12 ədəd “Samsung Galaxy J2”, 1 ədəd “Samsung Galaxy J5” markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 22 ədəd mobil telefon qutusu, 12 ədəd qidalandırıcı başlıq, 12 ədəd USB kabel və 9 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti