...

Zaqatalada zəncirvari yol qəzası olub

Hadisə Materials 4 Dekabr 2016 06:21 (UTC +04:00)
Zaqatalada üç nəfərin yüngül xəsarəti ilə nəticələnən zəncirvari yol qəzası qeydə alınıb.
Zaqatalada zəncirvari yol qəzası olub

Bakı. Trend:

Zaqatalada üç nəfərin yüngül xəsarəti ilə nəticələnən zəncirvari yol qəzası qeydə alınıb.

Trend "ARB Şəki"yə istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. "Ford" markalı, 99 DZ 842 dövlət nömrə nişanlı mikroavtobus Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən ötmə əməliyyatı zamanı eyni anda yolun hərəkət zolağında dayanan "VAZ 2106" markalı 62 BK 826 dövlət nömrə nişanlı və əks istiqamətdə hərəkətdə olan "Opel-vektra" markalı 99 BA 291 dövlət nömrə nişanlı minik avtomobilləri ilə toqquşub.

Qəzadan sonra avtomobillərin sürücüləri - rayonun Muğanlı kənd sakini, 1976-cı il təvəllüdlü Çingiz Əhməd oğlu Məmmədov, rayonun Faldar kənd sakini, 1989-cu il təvəllüdlü Asim Yusif oğlu Sofiyev və rayonun Dağlı kənd sakini 1966-cı il təvəllüdlü Rafiq Abdulməcid oğlu Abdullayev aldıqları xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Yaralıların xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərilərək, ambulator müalicə almaq şərtilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti