...

Cəlilabadda qanunsuz ov edənlərdən sənədsiz tüfənglər götürülüb

Hadisə Materials 8 Dekabr 2016 12:06 (UTC +04:00)
Cəlilabad rayon sakinləri İnşaallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar.
Cəlilabadda qanunsuz ov edənlərdən sənədsiz tüfənglər götürülüb

Bakı. Trend:

Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 7-də Cəlilabad rayon sakinləri İnşaallah Həsənov, Asif Soltanov və Tahir Məmmədov Uzuntəpə kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata gröə, onlardan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" və 1 ədəd "İJ-58" markalı ov tüfəngləri, habelə ümumilikdə 23 ədəd patron və 33 ədəd ovlanmış quş götürülüb.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti