...

Futbol oyununda gömrük işçisinin ölümü anbaan kameraya düşdü (VİDEO)

Hadisə Materials 9 Dekabr 2016 17:44 (UTC +04:00)
Mingəçevirdə keçirilən futbol oyununda ölüm hadisəsi baş verib.
Futbol oyununda gömrük işçisinin ölümü anbaan kameraya düşdü (VİDEO)

Bakı. Trend:

Mingəçevirdə keçirilən futbol oyununda ölüm hadisəsi baş verib.

Trend ARB TV-ə istinadən xəbər verir ki, Mingəçevir Türk Olimpiya mərkəzində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında futzal yarışı start götürüb. Yarış Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyinə həsr olunub.

Dünən start götürən yarışın növbəti günü Mingəçevirdə “Gəncə Gömrük” komandası “Bakı Terminal Gömrük xidməti”nin komandası ilə qarşılaşıb. Oyunun ikinci hissəsinin əvvəlində Gəncə komandasının üzvü Şəhriyar Əliyev qəflətən huşunu itirərək yıxılıb.

Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, Ş.Əliyev dünyasını dəyişib.

Nəticədə oyun təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti