...

Goranboyda ağır yol qəzası: 3 ölü

Hadisə Materials 9 Dekabr 2016 22:03 (UTC +04:00)
Goranboyda ağır yol qəzası baş verib.
Goranboyda ağır yol qəzası: 3 ölü

Bakı. Trend:

Goranboyda ağır yol qəzası baş verib.

Trend "ARB Kəpəz"ə istinadən xəbər verir ki, Goranboyda ağır yol qəzası baş verib. Hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

“NİVA” və “VAZ 21011” markalı avtomobillər toqquşub. “Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və “VAZ- 21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti