...

Daşkəsəndə kafe yanıb

Hadisə Materials 11 Dekabr 2016 02:44 (UTC +04:00)
Daşkəsəndə yanğın qeydə alınıb
Daşkəsəndə kafe yanıb

Bakı. Trend:

Daşkəsəndə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Daşkəsən rayonu, Xoşbulaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kafenin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 130 m2 sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti