...

Bakıda 3 otaqlı ev yanıb

Hadisə Materials 13 Dekabr 2016 06:27 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının dəhlizinin yanar konstruksiyaları 43 m2 sahədə, mətbəxin lambirindən ibarət tavanı 9 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti