...

Bakıda 3 otaqlı ev yanıb

Hadisə Materials 14 Dekabr 2016 05:07 (UTC +04:00)
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Bakıda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 92 m2 olan 3 otaqli mənzilin 2 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti