...

Astarada 3 otaqlı ev yanıb: 1 nəfər ölüb

Hadisə Materials 15 Dekabr 2016 04:42 (UTC +04:00)
Astarada yanğın hadisəsi qeydə alınıb.
Astarada 3 otaqlı ev yanıb: 1 nəfər ölüb

Bakı. Trend:

Astarada yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Qamışovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 115 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər ev sahibi 1931-ci il təvəllüdlü İsgəndərova Nərgiz Ağahüseyn qızının meyitini aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Evin qalan hissəsi və yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın saat 22:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti