...

Ötmək istədi, 2 avtomobili vurdu (FOTO)

Hadisə Materials 22 Dekabr 2016 22:33 (UTC +04:00)
Qax rayon Heydər Əliyev prospektində yol qəzası qeydə alınıb.
Ötmək istədi, 2 avtomobili vurdu (FOTO)

Bakı. Trend:

Qax rayon Heydər Əliyev prospektində yol qəzası qeydə alınıb.

Trend "ARB Şəki"yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasada avtomobillərə xeyli ziyan dəyib.

Qax şəhər sakini Qudayev Xəyal Qəhrəman oğlu idarə etdiyi "VAZ 21 06" markalı avtomobillə hərəkətdə olarkən qadağan olunmuş hissədə ötmə əməliyyatını yerinə yetirib. Nəticədə idarəetməni itirərək əvvəlcə yolun kənarında dayanmış Qax şəhər sakini Bəşirov Nadir Musa oğluna məxsus "VAZ 21 011" markalı avtomobilə, sonra isə eyni istiqamətdə hərəkətdə olan Qaxbaş kənd sakini Hacıyev Cahid Hicran oğluna məxsus "VAZ 21 07" markalı avtomobilə vurub. İki avtomobilə də xeyli ziyan dəyib.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti