...

DİN Bakıda 5 kamerunlunun ölümü ilə bağlı məlumat yayıb

Hadisə Materials 3 Yanvar 2017 13:46 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Bakıda beş Kamerun vətəndaşının ölümü ilə bağlı məlumat yayıb.
DİN Bakıda 5 kamerunlunun ölümü ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bakıda beş Kamerun vətəndaşının ölümü ilə bağlı məlumat yayıb.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, yanvarın 1-də Kamerun vətəndaşı Njonjoh Hans Ekumun Yasamal rayonu ərazisində kirayə yaşadığı evdə onun və həmyerliləri Nzemele Esambe Linus, Senan Hke, Takem Paul Atah və Nikvanti Nombe Levisevin üzərilərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb. Onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunur.

Araşdırmalar zamanı evin hamam otağında olan su qızdırıcı qurğunun yanaraq yararsız hala düşməsi müəyyən edilmişdir.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti