...

Masallıda ağır yol qəzası - iki ölü, iki yaralı

Hadisə Materials 4 Yanvar 2017 13:58 (UTC +04:00)
Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Masallıda ağır yol qəzası - iki ölü, iki yaralı

Bakı. Trend:

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi "Seat" markalı avtomobil Rövşən Əmənovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub.

Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Haxıyeva hadisə yerində ölüb, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdiriliblər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti