...

Bayram günləri paytaxtda yol qəzaları - 4 ölü, 10 yaralı

Hadisə Materials 5 Yanvar 2017 16:56 (UTC +04:00)
Bayram günlərində Bakı şəhərində 8 yol nəqliyyat hadisəsi baş verib.
Bayram günləri paytaxtda yol qəzaları - 4 ölü, 10 yaralı

Bakı. Samir Əli - Trend:

Bayram günlərində Bakı şəhərində 8 yol qəzası baş verib.

Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, dekabrın 31-dən yanvarın 5-dək baş verən yol qəzaları nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb: "2 ölüm hadisəsi piyadanın vurulması, digər iki ölüm hadisəsi isə avtomobilin maneəyə çırpılması nəticəsində baş verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti