...

Şəmkirdə istixanada yanğın - 3 avtomobil yanıb

Hadisə Materials 6 Yanvar 2017 12:15 (UTC +04:00)
Şəmkir şəhərində vətəndaşa məxsus istixanada yanğın olub.
Şəmkirdə istixanada yanğın - 3 avtomobil yanıb

Bakı. Trend:

Şəmkir şəhərində vətəndaşa məxsus istixanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyndən Trend-ə verilən məlumata görə, istixananın ərazisində ümumi sahəsi 500 m2 olan talvar, talvarın altında tikilmiş ofisin yanar konstruksiyaları 30 m2 sahədə və istixanaya məxsus “VAZ” markalı minik, “QAZEL” markalı mikroavtobus, “ZİL” markalı yük avtomobillərinin yanar hissələri yanıb.

İstixana və istixananın qazanxana sistemi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti