...

Faiq Əmirlinin həbs müddəti uzadıldı

Hadisə Materials 6 Yanvar 2017 15:52 (UTC +04:00)
Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsdə olan köməkçisi Faiq Əmirlinin barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı prokurorluq orqanının verdiyi taqdimata baxılıb.
Faiq Əmirlinin həbs müddəti uzadıldı

Bakı. Samir Əli - Trend:

Nəsimi rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsdə olan köməkçisi Faiq Əmirlinin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı prokurorluq orqanının verdiyi təqdimata baxılıb.

Trend-in məlumatına görə, prosesdə prokurorluğun təqdimatı təmin edilib və F.Əmirlinin barəsində həbs qərarının müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, F.Əmirli bu il avqustun 20-də saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmək) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti