...

İrandan Azərbaycana daxili orqanında heroin keçirən şəxs yaxalandı

Hadisə Materials 6 Yanvar 2017 16:18 (UTC +04:00)
İrandan Azərbaycana daxili orqanında heroin keçirən şəxs yaxalanıb.
İrandan Azərbaycana daxili orqanında heroin keçirən şəxs yaxalandı

Bakı. Samir Əli - Trend:

İrandan Azərbaycana daxili orqanında heroin keçirən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsndən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Həmin vətəndaşın üzərində aparılan şəxsi yoxlama zamanı daxili orqanında (düz bağırsağında) narkotik vasitələr - bir ədəd bükümdə, xalis çəkisi 9,850 qram təşkil edən heroin və bir ədəd bükümdə, xalis çəkisi 0,5 qram təşkil edən tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti