...

Gəncədə 1 ədəd tank əleyhinə mina aşkarlanıb (FOTO)

Hadisə Materials 10 Yanvar 2017 01:18 (UTC +04:00)
Gəncə şəhərində 1 ədəd tank əleyhinə mina aşkarlanıb
Gəncədə 1 ədəd tank əleyhinə mina aşkarlanıb (FOTO)

Bakı. Trend:

Gəncə şəhərində 1 ədəd tank əleyhinə mina aşkarlanıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

ANAMA-nın məlumatına görə, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti Gəncəvi qəsəbəsi ərazisindən 1 ədəd TM-62P tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə 50 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 09 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu, Lənkəran və Gəncə şəhərlərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirilib, 10 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 750 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti