...

Dələduzluqda təqsirləndirilən sabiq müstəntiqin məhkəməsi başladı

Hadisə Materials 10 Yanvar 2017 11:49 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Dələduzluqda təqsirləndirilən sabiq müstəntiqin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən Tahir Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və T.Qurbanov vəsatətlə çıxış edərək barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsini istəyib.

Dövlət ittihamçısı isə bildirib ki, təqsirləndirilən şəxs həbs edilməmişdən öncə barəsində axtarış elan edilib və buna görə də vəsatət təmin edilməsin. Vəsatət təmin edilməyib.

İttihama görə, T.Qurbanov 6 vətəndaşın etibarından istifadə edərək, onlardan ümumilikdə 80 min manat pul alıb. O, həmin şəxslərə pullarını geri qaytarmayıb. Zərəçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayətləri əsasında T.Qurbanovun barəsində axtarış elan olunub. Sonra T.Qurbanov saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, T.Qurbanov əvvəllər hüquq-mühafizə orqanlarında müstəntiq, istintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. O, Vəkillər Kollegiyasının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti