...

Tanınmış yazıçının oğlunun məhkəməsi keçirilib

Hadisə Materials 11 Yanvar 2017 13:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Tanınmış yazıçının oğlunun məhkəməsi keçirilib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesə şahid Kazım Əlizadə gəlməyib. Şahidin Azərbaycanda olmadığı bildirilib.

Hakim deyib ki, K.Əlizadənin məhkəməyə gətirilməsi barədə məcburi qərar qəbul edilib: "Polis arayış versin ki, Kazım Əlizadə Azərbaycandan kənara çıxıb, yaxud çıxmayıb".

Prokuror vəsatət verərək məhkəmə istintaqının tamamlanmasını istəyib. Hakimlər prokurorun vəsatətini təmin etməyib.

Proses yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alan Ə.Kərimzadə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqustunda həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci il noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti