...

Şəmkirdə 3 otaqlı ev yanıb - 1 ölü

Hadisə Materials 12 Yanvar 2017 09:53 (UTC +04:00)
Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Şəmkirdə 3 otaqlı ev yanıb - 1 ölü

Bakı. Trend:

Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti