...

Bərdədə 14 yaşlı oğlanı döyərək öldürən şəxs tutuldu

Hadisə Materials 16 Yanvar 2017 12:16 (UTC +04:00)
Bərdədə 14 yaşlı oğlanı döyərək öldürən şəxs tutulub.
Bərdədə 14 yaşlı oğlanı döyərək öldürən şəxs tutuldu

Bakı. Trend:

Bərdədə 14 yaşlı oğlanı döyərək öldürən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 14-də Bərdə rayonunun Mollagüllər kəndi ərazisində Kəlbəcər rayon sakini, 14 yaşlı Həsrət Mirzəməmmədov döymə xarakterli xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Bərdə rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Tapdıq Mustafalı tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti