...

Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edilib

Hadisə Materials 16 Yanvar 2017 13:05 (UTC +04:00)
Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edilib.
Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edilib

Bakı. Trend:

Gömrükdə aksiz markası olmayan 18 min siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 min ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti