...

Mənzildən 41 yaşlı kişinin meyiti tapılıb

Hadisə Materials 18 Yanvar 2017 14:32 (UTC +04:00)
Bakıda mənzildən 41 yaşlı kişinin meyiti tapılıb.
Mənzildən 41 yaşlı kişinin meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzildən 41 yaşlı kişinin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1975-ci il təvəllüdlü İsmayılov Rauf Vaqif oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti