...

82 yaşlı Ucar sakini itkin düşüb - FOTO

Hadisə Materials 18 Yanvar 2017 16:28 (UTC +04:00)
Ucar rayonunun Qəzyan kənd sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu bu il yanvarın 6-da yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.
82 yaşlı Ucar sakini itkin düşüb - FOTO

Bakı. Trend:

Ucar rayonunun Qəzyan kənd sakini, 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlu bu il yanvarın 6-da yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəlil Əliyevin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 160 santimetr, ağ saçlı, gözlərinin rəngi mavidir.

Evdən çıxan zaman əynində boz rəngli şalvar, qara rəngli qış gödəkçəsi, başında isə qara papaq olub.

Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (051) 486-78-78 nömrəli mobil, eyni zamanda, (02021) 3-00-53, (02021) 3-15-85 nömrəli şəhər telefonlarına zəng edərək Ucar Rayon Polis Şöbəsinə xəbər vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti