...

Çay evində qumarxana aşkarlandı - saxlanılanlar var

Hadisə Materials 20 Yanvar 2017 14:39 (UTC +04:00)
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki çay evlərindən birində “poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib.
Çay evində qumarxana aşkarlandı - saxlanılanlar var

Bakı. Trend:

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisindəki çay evlərindən birində “poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Kamil Mürsəliyevin və Samir Vəliyevin Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində icarə əsasında işlətdikləri çay evində “poker” kart-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə ora baxış zamanı “poker” oyun kartları və pul vəsaitləri maddi sübut kimi aşkar edilərək götürülüb, K.Mürsəliyev və S.Vəliyev saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti