...

Bakı və Ağdaşda yanğın hadisəsi olub

Hadisə Materials 21 Yanvar 2017 02:41 (UTC +04:00)
Ağdaş və Bakıda yanğın qeydə alınıb
Bakı və Ağdaşda yanğın hadisəsi olub

Bakı. Trend:

Ağdaş və Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Ağdaş rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 10 m² olan hamam otağının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 22:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi Bakı şəhəri, Qaradağ rayonunda baş verib. Ümumi sahəsi 200 m² olan tikilinin elektrik lövhəsində 12 ədəd elektrik sayğacı və 5 p.m elektrik kabeli yanıb.

Otaqlar yanğından mühafizə olunub. Yanğın saat 23:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti