...

Post patrul maşını minik avtomobili ilə toqquşub - Ölən var

Hadisə Materials 23 Yanvar 2017 20:17 (UTC +04:00)
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
Post patrul maşını minik avtomobili ilə toqquşub - Ölən var

Bakı. Trend:

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, Tovuzun girişində "VAZ 21011" markalı minik avtomobili post patrul avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişini 31 yaşlı Tural Əsgərov Fikret oğlu hadisə yerindəcə dünyasını dəyişib. 25 yaşlı sürücü Rəşad Qədiməliyev isə ağır bədən xəsarətləri ilə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyeti orta ağır olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti