...

Göyçayda yol qəzası - 2 nəfər xilas edilib

Hadisə Materials 24 Yanvar 2017 09:33 (UTC +04:00)
Göyçay rayonunda yol qəzası olub.
Göyçayda yol qəzası - 2 nəfər xilas edilib

Bakı. Trend:

Göyçay rayonunda yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti