...

Xızıda ağır yol qəzası - 2 ölü, 4 yaralı

Hadisə Materials 24 Yanvar 2017 11:59 (UTC +04:00)
Xızı rayonunda ölümlə nəticələnən ağır yol-qəzası baş verib.
Xızıda ağır yol qəzası - 2 ölü, 4 yaralı

Bakı. Trend:

Xızı rayonunda ölümlə nəticələnən ağır yol-qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 23-də saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B.Məmmədqasımov isə xəstəxanada ölüb.

Xızı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti