...

Ağstafada çoxlu sayda partlamamış hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 25 Yanvar 2017 17:12 (UTC +04:00)
Ağstafada çoxlu sayda partlamamış hərbi sursat tapılıb.
Ağstafada çoxlu sayda partlamamış hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Ağstafa rayonu Saloğlu qəsəbəsində Acıdərə adlanan ərazidəki otlaq sahəsində 181 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, ərazidən 47 ədəd 125 mm-lik tank mərmisi (OF-26), 15 ədəd 7.62 çaplı patron və 119 ədəd 5.45 çaplı patron aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 25 yanvar 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə baxış keçirilib, 1 469 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 16 430 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti