...

FHN "Sovetski"dəki yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 28 Yanvar 2017 00:33 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m² sahədə yanıb
FHN "Sovetski"dəki yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m2 sahədə yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı 1969-cu il təvəllüdlü Liliya Mixalovna Xazibovanın yanmış cəsədi aşkar olunub və 3-cü mərtəbənin eyvanından 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:29-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti