...

Zaqatalada 3 otaqlı ev yanıb

Hadisə Materials 29 Yanvar 2017 08:54 (UTC +04:00)
Zaqatala rayonunda yanğın qeydə alınıb.
Zaqatalada 3 otaqlı ev yanıb

Bakı. Trend:

Zaqatala rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Kebeloba kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və bir otağının tavanı 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti